Bəzi tikinti layihələndirilməsində binanın mansard qatları əmələ gelir ki, bu mansard qatlarının istifadəsini təmin etmək üçün mutləq şəkildə istilik izolyasiyası olunmasına ehtiyyac duyulur. Bu izolyasiya evin yayda cox qızmasının, qışda isə həddindən artıq soyumasının qarşısını alır.
Əsas izolyasiya materialı kimi daş yunu ve püskürmə poliuretan materaillarından istifadə olunur.
Bu materialları bir-birindən fərqləndirən xüsusiyyətləri mövcuddur. Daş yununun üstünlüyü xammalının təbii olması , püskürmə poliuretanın isə daha homogen yayılıb istilik izolyasiya funksiyasını təmin etməsidir