Ucrete döşəmə və onun üstünlükləri:
• Dözümlülük: Yüksək aşınma və güclü zərbə təsirinə müqavimətlidir. Bir çox müəssisələrdə yüksək dərəcəli təzyiqlərə məruz qalan döşəmələrə tətbiq edilən Ucrete, 20-30 ildir keyfiyyətli döşəmə örtüyü kimi uğurla istifadə olunur.
• Qoxusuzdur: Bu döşəmə örtüyü istehsalat sahəsi, bina və anbarlarda üzəri açıq şəraitdə qalan qida məhsullarının olduğu mühitdə döşəmə səthlərində tətbiq oluna bilər.
• Tez tətbiqi və istismara verilməsi: Hətta + 10 ° C-dən aşağı temperaturda, döşəndikdən 5 saat sonra istifadəyə verilə bilər. Təzə betonun üzərindən 7 günlük bir müddət keçdikdən sonra belə tətbiq oluna bilər.
• Yüksək temperatura qarşı müqaviməti: -40 ° C-dən +150 ° C temperaturadək dözümlü olan dağılmaz bir döşəmə örtüyüdür.
• Gigiyena: Mikroorqanizmlərin böyüməsinə şərait yaratmır. Buna görə də yüksək gigiyena normalarına malikdir.
• Kimyəvi müqaviməti: Güclü turşu və qələvilər, qan, yağlar, müxtəlif kimyəvi həlledicilər bu döşəmə örtüyündən fərqli olaraq digər növ polimer örtükləri tez bir zamanda məhv edir.
• Təmizlik və təhlükəsizliyi: Sizin işçiləriniz və ətraf mühitin qorunması üçün
HACCP qida məhsullarına qarşı təhlükəsizlik sertifikatlarına malikdir.
TƏTBİQ SAHƏLƏRİ:
- Ağır istehsalat sahələrində
- Qida istehsalı müəssisələrində
- Əczaçılıqda
- İçki istehsalı zavodlarında
- Kimya sənayesində
- Yüksək mexaniki güc və kimyəvi dayanıqlılıq tələb olunan sahələrdə
- Gigiyenik, müntəzəm yuyulan səthlərdə