Müasir dövr inşaatında tikililəri su və başqa təsirlərdən qorumaq məqsədilə bir neçə növ injeksiya tətbiq edilir. Hazırda bunlardan ən çox istifadə olunanları epoksid injeksiya və pliuretan injeksiyadır. Epoksid injeksiya sistemi, döşəmə örtük, divar və ya hər hansı qırıqların və aşınmanın təmir prosesində istifadə olunan sistemdir.
Tətbiq olunduğu yerlə bütünləşərək onun ömrünü uzadır. Betonun su keçirmə səviyyəsi minimuma enir. Aşağı sıxlığa malik olduğuna görə daha yaxşı diffuziya qabiliyyətinə malikdir. Yüksək yapışma xüsusiyyətinə malikdir. İstifadə olunduqdan sonra həcmi azalmır. Rütubətli səthə tətbiq oluna bilər.