İstilik izolyasiyası istilik təmasında olan materiallar arasında istilik ötürən materialın izolyasiya prosesidir. Bəzi tikinti layihələndirilməsində binanın mansard qatları əmələ gəlir ki, bu mansard qatlarının istifadəsini təmin etmək üçün mütləq şəkildə istilik izolyasiyası olunmasına ehtiyyac duyulur. Istilik izolyasiya evin yayda çox qızmasının, qışda isə həddindən artıq soyumasının qarşısını alır.
Əsas izolyasiya materialı kimi daş yunu ve püskürmə poliuretan materiallarından istifadə olunur.
Bu materialları bir-birindən fərqləndirən xüsusiyyətləri mövcuddur. Daş yununun üstünlüyü xammalının təbii olması , püskürmə poliuretanın isə daha homogen yayılıb istilik izolyasiya funksiyasını təmin etməsidir.
İstilik izolyasiyası istilik axınının bitişik səthlər arasında ötürülməsini gecikdirən bir prosesdir. İstilik izolyasiyasına nail olmaq üçün xüsusi olaraq hazırlanmış üsullar və ya proseslər müvafiq obyekt formaları və materiallar lazımdır. İstilik izolyasiyası istilik keçiriciliyi ilə ölçülür.
İstilik izolyasiyası üçün izolyasiya materialından keçən istilik axınına müqavimət göstərmək lazımdır. Buna görə, izolyator kimi işləyən izolyasiya materialı hər hansı bir istilik ötürmə mexanizmi ilə təmasda olan materialların bitişik səthləri arasında istilik axınına mane olmalıdır.
Materialın izolyasiya qabiliyyəti istilik keçiriciliyinin tərsi kimi ölçülür. Aşağı istilik keçiriciliyi yüksək izolyasiya qabiliyyətinə bərabərdir.