Poliuretan İnjeksiya Sistemi

Poliuretan İnjeksiya Sistemi

Poliuretan İnjeksiya Sistemi

Müasir dövr inşaatında tikililəri su və başqa təsirlərdən qorumaq məqsədilə bir neçə növ injeksiya  tətbiq edilir. Hazırda bunların ən çox istifadə olunanlarından biri  poliuretan injeksiya sistemidir.
• Nəmli mühitdə reaksiyaya girə bilir.
• Nəmli səthə yaxşı yapışır.
• Qısa zamanda nəticə əldə olunur.
• 20-40 bar təzyiqlə işləmək imkanına malikdir.
• Tətbiq temperaturu +5 Co  ilə +40 Co arasındadır.
• Betonu suyun  neqativ təzyiqindən qoruyur.
• Qısa zamanda 20-25 qat böyümə imkanı var.
• İnjeksiyada istifadə olunan maddələr  arasında sərtləşmək qabiliyəti ən sürətli olanıdır.
• Elastikdir, betonla birlikdə hərəkət edir.
 
Niyə Poliuretan injeksiya?
 Neqativ istiqamətdə gələn, müdaxilə edilə bilməyən su sızıntısı üçün istifadə olunan sürmə izolyasiyaları və ya müxtəlif  qarışıqlar sızıntını gizlədərək tikilinin daha tez dağılması və korroziyaya uğramasına səbəb olur. Sürmə izolyasiya tətbiq etməklə suyu saxlamaq, onun betonun içərisində qalmasına şərait yaradır ki,  bu da betonun içərisində olan dəmir birləşmələri gücdən salır və sıradan çıxmasına səbəb olur. Poliuretan injeksiya tətbiq etməklə suyun kapilyar çatlara qədər poliuretanla əvəz olunması və betonun su ilə təmasının minimuma endirilməsi  təmin edilir. Bu da betonun  nəm mühitdən  xilas olması və ömrünün uzanmasına səbəb olur.
 

TƏTBİQ SAHƏLƏRİ:

• Bütün tikinti sahələrində neqativ su sızıntılarının qarşısının alınmasında  
• Tunel və yeraltı keçidlərdə
• Beton su anbarlarında
• Tullantı su çənlərinin injeksiyasında
• Tikililərin soyuq dərzlərinin birləşmələrində
• Zirzəmi və yeraltı anbarlarda