Süni göllərin izolyasiyası nədir?

Süni göllərin izolyasiyası nədir?
  • Mar 28, 2022

Süni göllərin izolyasiyası nədir?

Qədim dövrlərdən bəri insanlar evlərini su obyektlərinin yaxınlığında tikməyə çalışırdılar, çünki su - həyatdır. Hətta su borusunun ixtirasından sonra da bu tendensiya aktuallığını itirməmişdir. Müasir ixtiralar və texnologiyalar sayəsində hər kəs bunu edə bilər. Dünyanın bütün ölkələrində bağ sahələri, müasir evlər, çox vaxt gölməçələr və digər süni şəkildə yaradılmış dekorativ su anbarları ilə təchiz edilir.

Süni göl yaradarkən yüksək keyfiyyətli su izolyasiyası böyük rol oynayır. Müasir texnologiyaların tətbiqindən əvvəl göl çuxurun betonlanması yolu ilə göllər yaradılmışdır. Proses zəhmətlidir və onun bir sıra çatışmamazlıqları var. Betonun dibi elastik deyil, kəskin temperatur düşməsi ilə və əsas torpaq yer dəyişdikdə çökür. Bu üsul çox vaxt aparır və maliyyəti yüksəkdir.

Su izolyasiyası materialı olan membranın meydana gəlməsi ilə bir gölməçə yaratmaq prosesi tez və asan oldu. İndi hər kəs öz əlləri ilə süni su anbarı yarada bilər, membranın köməyi ilə bu, tez və səmərəli şəkildə edilə bilər. Su rezervuarlarının izolyasiyası üçün PVC, HDPE, ECB, EPDM membranlardan istifadə edilir. Bunlardan PVC və HDPE membranla izolyasiya daha çox yayılıb. HDPE membran az maliyyətlidir, PVC menbran isə dayanıqlı və günəşə davamlıdır (Boz – UV dayanıqlı).  Süni göllərin yaradılması üçün PVC membran daha davamlı və möhkəmdir, üstəlik, elastikdir və istədiyiniz formanı almaq qabiliyyətinə malikdir. Su izolyasiya membranı süni su anbarlarının yaradılmasının köhnəlmiş üsullarına həqiqətən layiqli alternativdir, quraşdırması asandır və hər kəs üçün əlverişlidir. Membranda heç bir zərərli əlavə yoxdur ki, bu da bütün canlı orqanizmlər üçün təbii və ekoloji cəhətdən təmiz mühit təmin edir.

Membranın köməyi ilə süni göllərə hər hansı bir forma verə bilərsiniz və gələcəkdə mümkün olan bütün zərərləri xüsusi bir yapışqan vasitəsi ilə asanlıqla aradan qaldıra bilərsiniz.

Ümid edirik, bu məlumat sizin üçün faydalı olar.  

Dəyərli qalın!