Püskürmə Poliureya: Yüksək Davamlı İzolyasiya və Qoruyucu Örtük Texnologiyası

  • Ana səhifə
  • Bloq
  • Püskürmə Poliureya: Yüksək Davamlı İzolyasiya və Qoruyucu Örtük Texnologiyası
Püskürmə Poliureya: Yüksək Davamlı İzolyasiya və Qoruyucu Örtük Texnologiyası
  • Apr 18, 2025

Püskürmə Poliureya: Yüksək Davamlı İzolyasiya və Qoruyucu Örtük Texnologiyası

 

Püskürmə Poliureya Nədir? Xüsusiyyətləri və Üstünlükləri

Müasir dövrdə tikinti və sənaye sahəsində yüksək performanslı örtüklərə olan tələbat artmaqdadır. Bu sahədə ən çox istifadə olunan və etibarlı materiallardan biri də püskürmə poliureyadır. Yüksək dayanıqlığı, sürətli quruması və geniş istifadə sahələri ilə bu texnologiya bir çox problemlərin effektiv həllinə çevrilmişdir.

Püskürmə Poliureya nədir?

Püskürmə poliureya — izosiyanat və amin əsaslı qatqının yüksək təzyiqli və temperaturda qarışdırılaraq səthə püskürtülməsi ilə əmələ gələn qoruyucu və elastik örtükdür. Tətbiq edildikdən cəmi 5-15 saniyə ərzində quruyur və səthə möhkəm yapışaraq tikişsiz bir qat əmələ gətirir.

 Əsas Xüsusiyyətləri

  • Çox sürətli quruma – Qısa zamanda istifadəyə hazır olur.

  • Elastik və möhkəm struktur – 400-1000% dartılma qabiliyyəti ilə çatlama ehtimalı yoxdur.

  • 100% su keçirməzlik – Hər cür hava şəraitində səthlər qorunur.

  • UV və kimyəvi maddələrə davamlılıq – Günəş işığı və kimyəvi təsirlərdən zədələnmir.

  • Yüksək yapışma qabiliyyəti – Beton, metal, ağac və plastik səthlərə problemsiz tətbiq olunur.

  • Tikişsiz örtük – Heç bir boşluq və zəif nöqtə buraxmır.

 Harada İstifadə Olunur?

Püskürmə poliureya aşağıdakı sahələrdə geniş tətbiq olunur:

  • Dam və çardaqların su izolyasiyası

  • Anbar və sənaye döşəmələrinin qorunması

  • Su anbarları, hovuzlar və tunellərdə

  • Kimyəvi zavodlar və təmizləyici qurğularda

  • Avtomobil və yük maşını şassilərində

  • Körpü və metal konstruksiyalarda

Niyə Püskürmə Poliureya?

Ənənəvi izolyasiya materialları zamanla aşınır, çatlayır və su sızmalarına səbəb olur. Poliureya isə həm uzunömürlü, həm də texniki baxımdan çox daha effektivdir. Bu texnologiya ilə investisiyanız uzun illər qorunur.