Çoxmənzilli binaların termoizolyasiyası

Çoxmənzilli binaların termoizolyasiyası
  • May 31, 2022

Çoxmənzilli binaların termoizolyasiyası

 

Müasir çoxmənzilli yaşayış binaları istilik izolyasiyası tələblərinə uyğun  tikilir. Sovet İttifaqında tikilmiş evlərin sakinləri bu məsələdə daha az şanslı idilər, çünki divarları heç bir şəkildə izolyasiya edilmirdi. İstilik sisteminin o qədər də ucuz olmadığı bir şəraitdə bir yaşayış binasının izolyasiyası sadəcə istək deyil, zərurətdir. İndi çoxmənzilli binaların fasadlarını izolyasiya etmək üçün hansı texnologiyalardan və hansı materiallardan istifadə edildiyini anlamaq vacibdir.

 

Çoxmənzilli binaların termoizolyasiyası: Çöl divar, yoxsa iç divar?

 

Evin divarları içəridən və xaricdən izolyasiya edilə bilər. Bildiyimiz kimi, xarici izolyasiya daha tez-tez istifadə olunur və ehtiyyac halına gəlib, çünki daha effektiv hesab edilir.  Bununla belə, bəzi hallarda yalnız daxili istilik izolyasiyası tətbiq olunur və yeri gəlmişkən, onun da üstünlükləri var. Daxili izolyasiya enerjiyə qənaət problemini həll edə bilər, lakin prosesə çox diqqətlə yanaşmaq lazımdır. Hesablamalarda və ya quraşdırmada bir səhv varsa, şeh nöqtəsi divarın içərisinə düşə bilər, bu da fasad divarının və izolyasiyanın islanmasına və mexaniki zədələnməsinə səbəb olacaqdır. Bu prosesin nəticələri mənzildə rütubət, evin xarici divarlarının dayanıqlığının azalması və əlbəttə ki, termoizolyasiyanın keyfiyyətlərinin azalmasıdır.

 

Daxili izolyasiyanın üstünlükləri arasında:

  • Daxili izolyasiya təmir işləri ilə birlikdə həyata keçirilə bilər;
  • Daxili izolyasiya, tarixi dəyəri olan bir binada yerləşdiyi və sakinlərin fasadın görünüşünü dəyişdirməsinə icazə verilmədiyi təqdirdə, mənzili istiləşdirməyin yeganə yoludur.

 

Fasad termoizolyasiyası da bir çox üstünlüklərə malikdir:

  • ­İçəridə istilik daha uzun müddət saxlanılır, otaq həm yayda, həm də qışda nisbətən sabit bir temperatur saxlayır;
  • Mənzilin sahəsi azalmır;
  • İzolyasiya və dekorativ suvaq təbəqəsi evin divarlarını nəmdən qoruyur və davamlılığını artırır;
  • Binada estetik görünüş əldə olunur.

 

İstilik izolyasiyası zamanı seçə biləcəyimiz materiallar arasında:

 

  1. Penoplast istilik izolyasiyası məqsədilə istehsal olunan və istifadə edilən istilik izolyasiyası üçün ən yayılmış seçimlərdən biridir. Əsas üstünlüklər arasında aşağı qiymət, yaxşı istilik izolyasiya keyfiyyətləri, aşağı çəki, içəridə və xaricdə istifadə etmək imkanının olmasıdır. Mənfi cəhətləri arasında nəfəs almayan material olduğunu qeyd edə bilərik və nəticədə isə kif yaranır. Bu problemi aradan qaldırmaq üçün penoplastın qalınlığı çox olmalıdır. Qalınlığının hesablanması mümkün kandensatın və nəticədə kiflənmənin yaranma riskinə uyğun olaraq hesablanır.  Digər mənfi cəhətlərindən isə mexaniki davamlılığının zəif olması və yanğına davamlılığının olmamasını qeyd edə bilərik.

 

  1. XPS istilik izolyasiyası plitələrinin mexaniki zərbələrə qarşı müqaviməti güclüdür. Penoplastda olduğu kimi XPS izolyasiya materialıda nəfəs almır və qalınlığının hesablanması mümkün kandensatın və nəticədə kiflənmənin yaranma riskinə uyğun olaraq hesablanır. İstilik saxlama qabiliyyəti penoplastla eynidir. Tətbiqi asandır, yüksək şaxta müqavimətinə malikdir.

 

 

  1. Daş yunu fasad istilik izolyasiya sistemlərində istifadə olunur. Deformasiyaya davamlı bu material sintetik bağlayıcısı olan sərt və sıx plitələr halındadır. Nəmi özündə saxlamır və plitələri yapıxmır. Nəfəs alan material olduğu üçün qalınlığının seçilməsi istilik ötürülməsinə qarşı müqavimətə (R reg.) uyğun olaraq hesablanır. Məhsul yalnız istilik izolyasiyasını təmin etmir, həm də bir suvaq qatını tətbiq etmək üçün əsasdır. Mexaniki bərkitmə prosesi xüsusi dübeller vasitəsilə edilir.

 

  1. Mineral yun əla istilik və səs izolyasiya keyfiyyətlərinə malikdir, yanğına davamlıdır, material nəfəs alır və çürümür. Yalnız divar arası qatlarda və dam izolyasiyası üçün uyğundur.

 

  1. Köpük poliuretan xaricdən və ya içəridən tətbiq olunur. Bu ən yüksək istilik saxlama qabiliyyətinə malik istilik izolyasiyası materialıdır. Material kiflənmir, tez tətbiq olunur, lakin mütləq müvafiq avadanlıqla mütəxəssislərin cəlb edilməsini tələb edir. İzolyasiya tətbiq edildikdən və qurudulduqdan sonra, material günəş işığından qorxduğu üçün fasadın xarici bəzəyini mümkün qədər tez etmək daha yaxşıdır. Xüsusi maddələr vasitəsi ilə yanğına qarşı müqaviməti artırılır.

 

Pro Con izo şirkəti olaraq dünya standartlarına cavab verən məhsullarımız və peşəkar işçi heyyətimizlə hər daim xidmətinizdəyik.

 

İnşaatınıza bizimlə dəyər qatın!